“Artıq səbrimiz qalmayıb” - Ərdoğan

“Artıq səbrimiz qalmayıb”
Oxunma sayı: 6888

“Suriyadan ölkəmizə qarşı terror hücumlarına artıq səbrimiz qalmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında bildirib.

“Təhdidləri sıradan çıxarmaqda qərarlıyıq. Ən qısa müddətdə lazımi addımları atacağıq.

“Fərat qalxanı” hərəkatı bölgəsində polislərimizə qarşı son hücum və torpaqlarımızı hədəf alan təcavüzlər artıq səbr kasamızı daşırıb”, - dövlət başçısı qeyd edib.