Arvadını öldürmək istəyən kişi tutuldu

arvadini-oldurmek-isteyen-kisi-tutuldu
Oxunma sayı: 3169

Şamaxı rayonunda ər arvadını bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində mübahisə edən cütlüyün davası sonda cinayətlə yekunlaşıb.

1988-ci il təvəllüdlü Səməd Yusifov arvadı, 26 yaşlı Zümrüdü bıçaqlayıb. Hadisəni törədən S. Yusifov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. Araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, iyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı  Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Murad Əhməd