Arzu Yusifova vəzifəsindən azad edildi

arzu-yusifova-vezifesinden-azad-edildi
Oxunma sayı: 2434

Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo” “Globalinfo.az”a istinadla xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, A. Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.

O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.