Astarada qadın keçmiş əri tərəfindən öldürüldü

astarada-qadin-kecmis-eri-terefinden-olduruldu
Oxunma sayı: 2469

Astarada 30 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Maşxan kəndində baş verib.

1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova keçmiş əri 1993-cü il təvəllüdlü Yusif Verdiyev tərəfindən kəsici deşici alətlə öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

Amin Nəzərli