Aşura günü qanvermə aksiyaları bu ünvanlarda keçiriləcək - Siyahı

asura-gunu-qanverme-aksiyalari-bu-unvanlarda-kecirilecek
Oxunma sayı: 2482

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.

Avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas” məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu “Təzə Pir” məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Beləliklə, ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.