Ata hamamda 38 yaşlı oğlunun meyitini tapdı

ata-hamamda-38-yasli-oglunun-meyitini-tapdi
Oxunma sayı: 2317

Zaqatalada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zaqatala şəhəri M.Müşviq küçəsindəki fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlu dəm qazından boğularaq ölüb.

Belə ki, R.Qurbanov dünən gecə saat 01:50 radələrində yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib.

Səhər saat 06:30 radələrində isə Rəşadın atası Fərhad Qurbanov hamama daxil olarkən oğlunun orada öldüyünü görüb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.