Atambayev dövlət mükafatlarından məhrum edildi

atambayev-dovlet-mukafatlarindan-mehrum-edildi
Oxunma sayı: 831

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qırğız Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli qərarının icrası ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Almazbek Atambayev “Qırğızıstan Respublikasının Qəhrəmanı”, II dərəcəli “Manas” ordeni, “Danaker” (Barışdırıcı) ordeni və “Dank” (Şöhrət) medalı kimi dövlət mükafatlarından məhrum edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. 

Sabiq prezident əmlakı müsadirə olunaraq bütün dövlət mükafatlarından məhrum edilib.