Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı - Foto

avarcekenlerimiz-bratislava-reqatasina-qizil-medalla-basladi
Oxunma sayı: 680

Slovakiyada yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb. 

Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb. Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.