Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Kanoe Federasiyasının (ICF) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan kayak və kanoe idman növləri üzrə 1-ci dərəcəli kurs təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 10-da start götürən təlim 7 gün davam edib. Sonda imtahandan uğurla keçən məşqçilərə sertifikat verilib. Sertifikatları AKAF-ın Baş katibi Fərhad Əliyev, MOK-un Beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov təqdim edib.
Qeyd edək ki, bu cür kurslar gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.