Avro-2028-in finalı bu stadionda olacaq

avro-2028-in-finali-bu-stadionda-olacaq
Oxunma sayı: 2002

2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının açılış və final matçlarının keçiriləcəyi stadionlar müəyyənləşib.

“Qafqazinfo”nun məlumatına görə, açılış matçı Uelsin paytaxtı Kardiffdə baş tutacaq.

Turnirin yarımfinal və final qarşılaşmaları Londondakı “Uembli” stadionunda oynanılacaq. Ümumilikdə İngiltərə, Şotlandiya, Uels və İrlandiyanın ev sahibliyi edəcəyi çempionatda 24 komanda mübarizə aparacaq.

Əvvəlcə Şimali İrlandiyanın paytaxtı Belfastda yerləşən “Casement Park” stadionunun da oyunlara ev sahibliyi etməsi planlaşdırılsa da, maliyyə problemlərinə görə bu arena siyahıdan çıxarılıb.

Qeyd edək ki, əvvəlki Avropa çempionatlarından fərqli olaraq, 2028-ci il turnirinin ev sahibləri — İngiltərə, Şotlandiya, Uels və İrlandiya — yarışda iştirak etmək üçün seçmə mərhələdən keçməli olacaqlar.