“Onlar buna görə ağır bədəl ödəyəcəklər”

onlar-buna-gore-agir-bedel-odeyecekler
Oxunma sayı: 1666

İsrailin müdafiə naziri İsrael Katz İranın davam edən raket hücumlarına cavab olaraq hədəf siyahısının genişləndirildiyini bəyan edib.

“Qafqazinfo” “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə nazir çıxışında bildirib.

Nazir vurğulayıb ki, rəsmi xəbərdarlıqlara baxmayaraq, Tehranın İsrailin mülki əhalisini hədəf almağa davam etməsi ordunun zərbə gücünü artırmasını qaçılmaz edib:

“Baş nazir və mən rejimin mülki şəxslərə qarşı raket atəşini dayandırmağa çağırdıq. Lakin hücumlar davam edir. Buna görə də İsrail Müdafiə Qüvvələrinin İrandakı əməliyyatları həm miqyasca böyüyəcək, həm də rejimə hərbi dəstək verən əlavə sahələri əhatə edəcək. Onlar bu müharibə cinayətinə görə ağır bədəl ödəyəcəklər”.

Qeyd edək ki, fevralın 28-dən başlayan genişmiqyaslı əməliyyatlar çərçivəsində İsrail ordusu artıq İranın 1000-dən çox silah istehsalı müəssisəsinə və strateji obyektinə zərbələr endirib. Son məlumatlara görə, martın 26-sı və 27-si tarixlərində İranın İsrailə doğru həyata keçirdiyi yeddi dalğalı raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb, yaşayış binalarına ciddi ziyan dəyib. Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Tehran, İsfahan və Şirazdakı komandanlıq mərkəzlərini hədəf almağa davam edir.