Avropada qazın qiyməti 1000 dolları ötüb

avropada-qazin-qiymeti-1000-dollari-otub
Oxunma sayı: 997

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti ilk dəfə olaraq 1000 kub metrə görə 1000 dolları ötüb. 

“Qafqazinfo” bu barədə “ICE” birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində oktyabr fyuçerslərinin dəyəri 1000 kub metrə görə 1031,3 dollara qədər artıb.

Bildirilir ki, günün əvvəlindən etibarən qaz qiymətlərində ümumi artım 11%-i keçib.