“Planet FM” növbəti beynəlxalq tədbirin rəsmi media tərəfdaşıdır

planet-fm-novbeti-beynelxalq-tedbirin-resmi-media-terefdasidir
Oxunma sayı: 251

İyunun 6-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” (“Smart City Technology and Processes”) mövzusunda müzakirələrin aparılması planlaşdırılır.

Bildirilib ki, Forumun rəsmi media tərəfdaşı Azərbaycanın ilk elmi-maarifləndirici radiosu “Planet FM”dir (88.7 FM).

Preziden İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu il həmçinin, ölkəmizdə BMT-nin ən böyük tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçirildi. Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumunun əsas mövzusunun “Ağıllı şəhərlər: onların planlaşdırılması, qurulması, inkişaf etdirilməsi və bu sahədə çalışacaq peşəkar mütəxəssislərin hazırlanması” olması da təsadüfi seçilməyib.

Ağıllı şəhərlərin qurulması və davamlı şəkildə idarə olunması yalnız texnoloji infrastrukturun yaradılması ilə məhdudlaşmır, bu proses, eyni zamanda, həmin sistemləri layihələndirən, tətbiq edən, idarə edən və təkmilləşdirən ixtisaslı insan resurslarının hazırlanmasını tələb edir. 

Tədbirdə Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Almaniyanın nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçiləri də iştirak edəcəklər.