Avtobusda öldü, 8 saat heç kim fərqinə varmadı

avtobusda-oldu-8-saat-hec-kim-ferqine-varmadi
Oxunma sayı: 6911

Türkiyənin Kayseri şəhərindən Bursaya gedən sərnişin avtobusunda 81 yaşlı sərnişin ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

Maraqlısı isə budur ki, Enver Ekiz adlı şəxsin öldüyünün səyahət boyu (8 saat ərzində) heç kim fərqinə varmayıb.

Sürücü və digər sərnişinlər onun yatdığını düşünüblər.

Sərnişinin öldüyü Bursa Avtovağzalına çatdıqda məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.