Avtomobillə piyadanı vurub öldürdü

avtomobille-piyadani-vurub-oldurdu
Oxunma sayı: 710

Balaxanıda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə qəsəbənin 28 May küçəsində baş verib.

Hüseyn Mübariz oğlu Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Ələsgər Ağaələsgər oğlu Bağırovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.