“Qafqazinfo” xəbər verir ki, bu sözləri haqqın.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Onun sözlərinə görə, idmançıların xərclərinin qarşılanması Avropa Olimpiya Komitəsi ilə bağlanmış razılaşmaya əsasən baş tutacaq.
Qeyd edək ki, The Guardian nəşrinin yazdığına görə, Britaniya Olimpiya Assosiasiyası Bakıya ötən il Soçidə keçirilən Olimpiya oyunlarından 3 dəfə çox-160 atlet idmançı göndərəcək. Ümumilikdə 5 min atlet 18 olimpiya və qeyri-olimpiya idman növündə yarışacaq.
***
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək erməni idmançılarının da bütün xərclərini Azərbaycan ödəyəcək.
“Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, jurnalistlərə açıqlamasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bunu da etiraf edib. “Belə praktika Olimpiya oyunları keçirilərkən həmişə olub. İdmançıların nümayəndə heyətlərinin gəlib-getmək xərclərini bir qayda olaraq ya ev sahibi olan ölkə, ya da Beynəlxalq Olimpiya Komitəsi ödəyir. İndiki halda həmin xərcləri Azərbaycan öz üzərinə götürüb. O cümlədən, böyük ehtimalla tranzitlə Tiflisdən gələcək erməni nümayəndə heyətinin xərclərini də”, – deyə Ç.Hüseynzadə vurğulayıb.
Onun sözlərinə görə, bütün nümayəndə heyətləri Olimpiya kəndində, milli olimpiya komitələrinin rəhbərləri və baş katibləri isə Fairmont otelində yerləşdiriləcək.
Son xəbərlər
Son Xəbərlər