Azərbaycan AŞPA-ya etiraz məktubu göndərib

azerbaycan-aspa-ya-etiraz-mektubu-gonderib
Oxunma sayı: 1469

Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma “prezident və parlament” seçkiləri ilə əlaqədar Milli Məclis AŞPA-ya nota göndərib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında məlumat verib. 

O bildirib ki, Milli Məclis adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz məktubu göndərib. Məktubda AŞPA-nın həmin “seçkilərə” münasibət bildirməməsi tənqid olunub.