Azərbaycan pilot və hava hərəkətinin idarə olunması üzrə təlimləri Milli Aviasiya Akademiyasında yaradılan yeni və müasir mərkəz vasitəsilə mərkəzləşdirir.
“Qafqazinfo” xəbər verir ki, “Euronews”un hazırladığı materialda qeyd olunur ki, məqsəd yerli kadr potensialını gücləndirmək və beynəlxalq təhlükəsizlik standartlarına cavab verməkdir.
Məlumata görə, müasir aviasiya təlimləri getdikcə daha çox qabaqcıl simulyasiya texnologiyaları və beynəlxalq standartlara əsaslanır. Azərbaycandakı ixtisaslaşmış təlim mərkəzində tələbələr tam uçuş simulyatorları vasitəsilə real vəziyyətləri təhlükəsiz şəraitdə təkrarlayaraq praktiki təcrübə qazanırlar. Tədris proqramları nəzəri biliklərlə yanaşı, praktiki məşqləri də əhatə edir və gələcək pilotlar, eləcə də dispetçerlər mürəkkəb əməliyyatlara hazırlanır.
Qeyd olunur ki, onlarla ölkə ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən mərkəz aviasiya mütəxəssislərinin geniş şəbəkəsini dəstəkləyir. Bu yanaşma yerli mütəxəssis bazasının formalaşmasına, xarici təlimlərdən asılılığın azalmasına və ümumi standartların qlobal tələblərə uyğun yüksəldilməsinə töhfə verir.
Son xəbərlər
Son Xəbərlər