Azərbaycan diasporunun fəallığına görə ermənilərin tədbiri ixtisara salındı

azerbaycan-diasporunun-fealligina-gore-ermenilerin-tedbiri-ixtisara-salindi
Oxunma sayı: 1579

Xəbər verildiyi kimi, ermənilər bu il martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı  “kitab”ın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. 

“Qafqazinfo” xəbər verir ki, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.

Xatırladaq ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər. 

Berlində  “Artsaxın mədəni irsi” adlı  “kitab”ın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.