“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq yoxdur”

azerbaycan-ve-ermenistan-liderlerinin-gorusu-barede-raziliq-yoxdur
Oxunma sayı: 1735

“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə razılıq yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Praqada keçirilən danışıqlar Brüsseldəki görüşdən daha effektiv olub: “Əgər Azərbaycan Praqa formatında Fransanın olmasına razı deyilsə, bunu genişləndirmək və məsələn, Almaniya, ABŞ-ni də bu formata dəvət etmək olar”.