Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı xilas oldu - Yenilənib-Foto

kamcatkada-komeksiz-veziyyetde-qalan-azerbaycan-vetendasi-xilas-oldu
Oxunma sayı: 1174

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.

Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, 16 nəfərlə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.

T. Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb.

***

T. Dolivets sosial şəbəkədə yeni paylaşım edərək xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını açıqlayıb:

“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”.