“Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi” - Yenilənib

azerbaycan-xalqi-bu-facieni-oz-faciesi-kimi-qebul-etdi
Oxunma sayı: 3732

“Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında deyib.

“İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlət başçısı qeyd edib.

***

Prezident, həmçinin qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub.

“Bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”, - İlham Əliyev bildirib.

***

İlham Əliyev qeyd edib ki, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur.

“Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla uğurla irəliləyir”, - Prezident bildirib.