Azərbaycan yığmasının üzvü bu cəzanı aldı - Mərc oyunlarında iştiraka görə

azerbaycan-yigmasinin-uzvu-bu-cezani-aldi
Oxunma sayı: 2152

Türkiyədə mərc oyunlarında iştirakda edən Azərbaycan yığmasının üzvü Mert Çelikin cəzası bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, o, 45 günlük futboldan kənarlaşdırılıb. 

Lakin M.Çelik haqqında araşdırmalar davam edəcək. 

Həmçinin Azərbaycan U-19, U-21 millisinin keçmiş futbolçusu Emre Kaplan, U-17 millisinin sabiq üzvü Murat Cem Akpınar da 45 günlük futboldan kənarlaşdırılıblar.

“Qalatasaray”ın və Türkiyə yığmasının üzvü Eren Elmalı da eyni cəzanı alıb. 

Bundan başqa Türkiyə yığmasının və “Fənərbaxça”nın sabiq üzvü Nazim Sanqarenin də futbol fəaliyyətinə 45 günlük qadağa qoyulub. 

Xatırladaq ki, Mert Çelik Azərbaycan millisinin heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoxlama matçında iştirak edib.