Azərbaycanda ən son tibbi avadanlıqlarla təchiz olunmuş fizioterapiya mərkəzi açıldı

azerbaycanda-en-son-tibbi-avadanliqlarla-techiz-olunmus-fizioterapiya-merkezi-acildi
Oxunma sayı: 4286

Azərbaycanda ən son tibbi avadanlıqlarla  təchiz olunmuş Fizioterapiya mərkəzi fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu xidmətlər Referansın Nəsimi və Əhmədli filiallarında aparılır.

Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə aparılmayan bütün fizioterapevtik xidmətlərin yerli klinikada aparılmasını təmin etmək, pasiyentlərin ehtiyaclarına uyğun yüksək keyfiyyətli xidmətlər göstərərək hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail olmaqdır. 

Burada həkimlər kompleks müayinə apararaq, pasiyentin səhhəti haqqında dolğun informasiya əldə edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir.

Referans Fizioterapiya Mərkəzinə müraciət edərək vaxtınıza və büdcənizə qənaət edəcək, eyni zamanda keyfiyyətli xidmət alacaqsınız.

Peşəkar həkimlərin məqsədi pasiyentləri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır.

Mərkəzdə bütün xidmətlər Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı fizioterapiya mütəxəsisləri tərəfindən icra olunur.

Fizioterapiya və Reabilitasiya Mərkəzində aşağıdakı xidmətlər göstərilir:

Pediatrik (uşaq) reabilitasiya

  - Tortikollis (boyun əyriliyi)
  - Skolioz (onurğanın əyriliyi)
  - Ayağın deformasiyaları
  - Anadangəlmə omba çıxığı
  - Serebral iflic (spastik iflic)
  - Sma xəstəlikləri

Ortopedik reabilitasiya

  - Sınıq və çıxıq müalicəsi
  - Skolioz (onurğa əyriliyi)
  - Əhənglənmə
  - Çiyin sıxılma sindromu
  - Yırtıq disk
  - Boyun yırtığı
  - Duruş pozğunluqları
  - İdmançı zədələri
  -Daban/ayaq ağrısı
  -Sinirin sıxılma problemləri (tarsal tunel sindromu, karpal tunel sindromu, torakal çıxış sindromu və s.)
  - Tibbi masaj
  -  Nevroloji reabilitasiya
   - Parkinson xəstəliyi
   - Alzheimer(Alzaymır)
   - Şiroterapi (Manual Terapiya)  

Referans Nəsimi filialı

Ünvan: M.Mirqasımov 25 A (42 nömrəli məktəblə üz-bəüz)

Referans Əhmədli filialı:

Ünvan: Xətai ray., Əhmədli mst yaxınlığında., M.Hadi küç.229D

Çağrı Mərkəzi: *0033

Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

www.referansclc.com

https://www.instagram.com/referansclc/

https://www.facebook.com/referansclc