Azərbaycanda icra başçısının köməkçisi qəzada öldü

azerbaycanda-icra-bascisinin-komekcisi-qezada-oldu
Oxunma sayı: 11400

Goranboyda ağır yol qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ 21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.