Azərbaycanda kütləvi zəhərlənmə- - Andiçmə mərasimində+Fotolar

azerbaycanda-kutlevi-zeherlenme-
Oxunma sayı: 7227


“Qafqazinfo” xəbər verir ki, əslən Tovuzun Ağdaş kəndindən olan 18 nəfər şəxs qohumlarının andiçmə mərasimində iştirak etmək üçün Cəlilabadın Göytəpə qəsəbəsinə gəliblər. 

Qohumlar Göytəpədə evdə bişirilmiş yeməklərdən süfrə açıblar və kütləvi zəhələnmə də məhz bu yemək tədarükündən olub.  

Zəhərlənənlərdən 7 nəfəri Cəlilabad Rayon Xəstəxanasına çatdırılıb. Onların arasında 2 azyaşlı uşaq da var, xəstələrin birinin vəziyyəti ağırdır. 

İlkin məlumata görə, zəhərlənmə dolmadan baş verib.

***

Zəhərlənən şəxslər 1951-ci il təvəllüdlü Bayramava Ədalət, 1943-cü il təvəllüdlü Həsənova Minayə Qoca qızı, 1980-cı il təvəllüdlü Həsənova İlhamə Tağı qızı, 1963-cü il təvəllüdlü Həsənova Aygül Zeynalabidin qızı, 2010-cu il təvəllüdlü Əsədov Murad İlqar oğlu, 2003-cü il təvəllüdlü Həsənov Pənah Qoca oğlu və 1964-cü il təvəllüdlü Rüstəmov Qurban Taptıq oğludur. Onlardan Bayramova Ədalətin vəziyyəti orta ağır olaraq qalır. 

Azər