Azərbaycanda məktəb direktoru tutuldu - Şagirdi zorlamaqda ittiham edilir

azerbaycanda-mekteb-direktoru-tutuldu-
Oxunma sayı: 10233

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli saxlanılıb.

Qafqazinfo”nun Avropa.info-ya istinadən məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərdən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.