DİN Baş Cinayət-Axtarış İdarəsi və Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Ocaqov tutulub.
Qətlin təfərrüatları da elə məhz bundan sonra məlum olub. Tərtər rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, T.Ocaqov mərhumu 20 manat pul üstündə düşən mübahisə zamanı öldürdüyünü deyib.
T.Ocaqov istintaqa verdiyi ifadəsində deyib ki, T.Həsənova ilə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıblar. Lakin T.Ocaqov işini bitirdikdən sora pulu verməkdən imtina edib. Mübahisə zamanı T.Ocaqov elə yataqda T.Həsənovanı mələfə ilə boğaraq öldürüb.
Evdən çıxan zaman mərhumun mobil telefonunu da götürüb. Yolda onu qıraraq atıb. Onu da əlavə edək ki, T.Ocaqov əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
Son xəbərlər
Son Xəbərlər