Azərbaycandan brilliantlar çıxarmaq istəyərkən - Saxlanıldılar

azerbaycandan-brilliantlar-cixarmaq-isteyerken
Oxunma sayı: 3590

 Azərbaycandan Gürcüstana deklarasiya olunmamış brilliantlar keçirməyə çalışan şəxslər saxlanılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Məlumata görə, noyabrın 23-də adları açıqlanmayan iki şəxs “Qırmızı körpü” sərhəd-buraxılış məntəqəsindən qonşu ölkəyə 557 ədəd brilliant keçirməyə cəhd ediblər. Brilliantlar geyim və pul kisəsində gizli hissələrə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb, həmin şəxsləri ya cərimə, ya da azadlıqdan məhrumetmə cəzası gözləyəcək.