Ona görə də, sayt hüquqşünas haqda yalnız əlində olan informasiyanı dərc etməklə təbrik etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, tanınmış hüquqşünas 1964-cü ildə bu gün Ağdamda anadan olub, Azərbaycan Milli Məclisinin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiridir. Hüquq elmlər doktoru, professordu.
O, Azərbaycandan daha çox dünyada peşəkar hüquqşünas kimi tanınır. Lətif Hüseynov Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədridir, quruma daxil olan bütün ölkələrin cəzaçəkmə müəssisələrində monitorinq aparma hüququna malikdir. Yeri gəlmişkən, deyək ki, bu vəzifədə təyin olunan ilk azərbaycanlıdır. O, həmçinin Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsidir.
Azərbaycannın AŞPA-ya daxil olduqdan və bu qurum qarşısında qəbul edəcəyi qanunlarla bağlı öhdəlik götürdükdən sonra həmin sənədləri əksəriyyətinin hazırlanmasına rəhbərlik edib.
Ailəlidir, iki övladı var.
“Qafqazinfo” olaraq görkəmli hüquqşunası yubileyi münasibəti ilə təbrik edirik.
Son xəbərlər
Son Xəbərlər