Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş təsdiqləndi

azerbaycanla-turkiye-arasinda-ikiqat-vergitutmanin-aradan-qaldirilmasina-dair-sazis-tesdiqlendi
Oxunma sayı: 1429

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Zaur Mirzə