“Sumqayıt” kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib.
24 yaşlı oyunçu qapıya yumruq vurub. Nəticədə qapıdan qopan şüşələr onun ayağına düşüb və futbolçu ciddi zədə alıb.
Hazırda xəstəxanada olan S.Abdullazadə bu gün əməliyyat olunacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib: “Səbuhinin zədəsi ciddidir. Onun ayağında kəsiklər var. Amma ilkin müayinə olunub və karyerası üçün heç bir təhlükə olmadığı bildirilib. Həkimlərin ilkin rəyi odur ki, əməliyyatdan sonra dəqiq nə zaman yaşıl meydanlara qayıdacağı bəlli olacaq”.
Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulub. Onun komandası 1:3 hesablı məğlubiyyətə uğrayıb.
***
“Sumqayıt” Səbuhi Abdullazadənin əməliyyatı ilə bağlı məlumat yayıb: “Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçumuz təxminən 5 ay sonra meydana dönə biləcək”.
Son xəbərlər
Son Xəbərlər