Azərbaycanlı məmurun qohumu qəzada öldü - Biznesmenin qızı ilə birgə+Yenilənib

azerbaycanli-memurun-qohumu-qezada-oldu
Oxunma sayı: 16705

İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol qəzasında həlak olub.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən BMW X6 markalı avtomobil körpüdən gölə aşıb. Qəzada ölən sürücü isə Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubov olub. Şahidlər olmadığı üçün batan avtomobili tapmaq üçün bir neçə saat vaxt sərf edilib.

Rusiya mətbuatı A.Yaqubovun Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumu olduğunu yazır. Qeyd edilir ki, S.Şıxlinski bu yaxınlarda “Vətənə xidmət” ordeni ilə təltif edilib.

Qəzada həlak olan sürücü Yaqubovun İsveçrədə Amerika məktəbində magistr təhsili aldığı qeyd edilir.

Hazırda meyitin təsdiqlənməsi üçün Yaqubovun qohumları İsveçrədədirlər.

A.Yaqubovun atası isə açıqlama verərək oğlu ilə sonuncu dəfə ölümündən bir gün əvvəl danışdığını deyib. Atasının sözlərinə görə, oğlu heç vaxt spirtli içkidən istifadə etməyib.

Rusiya mətbuatı bu qəza ilə bağlı maraqlı bir məqama diqqət çəkib. Belə ki, instagramda aktiv olan Diananın həmin sosial şəbəkədə Uels şahzadəsinin şərəfinə "Şahzadə Diana" olaraq qeydiyyatdan keçdiyini yazıb. Oxşarlıq isə sadəcə olaraq adında deyil, həm də taleyində olub. Diana Lebedeva da şahzadə Diana kimi sevgilisi ilə birgə avtomobil qəzasında həlak olur. 

***

İsveçrədə avtomobil qəzasında ölən azərbaycanlı gənc barədə yeni məlumatlar məlum olub.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, dünən qəzada ölən 23 yaşlı Azər Yaqubov "AzAL" QSC-nin Moskvadakı nümayəndəliyinin keçmiş rəhbəri Mahir Yaqubovun oğludur.