Azərbaycanlı “qanuni oğru” azadlıqda - Lənkəranskinin yaxın adamı olub

azerbaycanli-qanuni-ogru-azadliqda
Oxunma sayı: 6633

Mərhum “qanuni oğru” Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) yaxın adamı, kriminal aləmdə “Zaur Naxçıvanski” adı ilə məşhur olan, 32 yaşlı azərbaycanlı “kriminal avtoritet” Zaur Şipilov azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Qeyd edək ki, o, 2006-cı ilin aprelində Moskvada “qanuni oğru” Hikmət Muxtarovla (Sabirabadlı Hikmət) birlikdə güllələnmiş kriminal avtoritet Bayram Talıbovun oğludur. Şipilov 2013-cü ilin iyulunda Türkiyədə “taclandırılıb”.

“Naxçıvanski” 2015-ci ilin oktyabrında Moskvanın Çertanovo rayonundakı “Çayxana” restoranında Rusiya DİN Cinayət-axtarış Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi baxış keçirilən zaman “qanuni oğru”nun üzərində böyük miqdarda heroin aşkarlanıb.

Şipilov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə azadlıqdan məhrum edilib