“Azəriqaz”da şahmat yarışı keçirildi - Fotolar

azeriqazda-sahmat-yarisi-kecirildi
Oxunma sayı: 1079

“Azəriqaz” İstehsalat Birliyində (İB) 28 May - Müstəqillik Günü münasibətilə şahmat turniri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, İB-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda İdarəetmə Aparatının və digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər. 

Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Mikayıl Cəbrayılov 1-ci yer, Vüsal Rzayev 2-ci yer, Nazim Əsədov isə 3-cü yeri tutublar. 

Qaliblər Birliyin Aparat rəhbəri Zaur Qəribov və HİK sədri Ədalət Qurbanov tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.