“Azəriqaz” İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Z.İbayev bu ilin yanvarından İB-nin İT və Rəqəmsallaşma departamentinin rəisi vəzifəsində çalışırdı.
Son xəbərlər
Son Xəbərlər