“Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri görüb - Video

azerisiq-agdamin-ciraqli-kendinde-yenidenqurma-isleri-gorub
Oxunma sayı: 912

Tarixi qələbəmizdən sonra “Azərişıq” ASC Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib. 

“Qafqazinfo”ya verilən məlumata görə, İkinci Qarabağ savaşı zamanı təmas xəttinə ən yaxın kənd olduğundan Ağdamın Çıraqlı yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib.

Vətən müharibəsi zamanı Ağdam rayonunun Çıraqlı kəndinə çoxlu sayda top və qrad mərmiləri atılmışdır ki, fərdi yaşayış evlərinə o cümlədən, elektrik enerjisi təchizatı şəbəkəsinə ciddi ziyan dəyib. 

Lakin müharibə bitdikdən sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0.4 kv-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlanmışdır və hazırda işlər tamamilə yekunlaşıb.

Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar əkilib, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.