Aztelekom İKT ili çərçivəsində regionlarda görüşlərə başlayıb

aztelekom-ikt-ili-cercivesinde-regionlarda-goruslere-baslayib-
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, ilk belə tədbir martın 7-də Xaçmaz şəhərində keçirilib. Görüşdə elektron xidmətlərdən istifadə və sürətli internetin digər üstünlükləri barədə ətraflı məlumat verilib, Birliyinin şimal bölgəsində - Quba, Xaçmaz və Qusar telekommunukasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunub.
2013-2015-ci illər ərzində Quba, Xaçmaz və Qusar rayonlarında müvafiq olaraq 11 872, 11 264, 5 392 nömrə tutumlu və 7 992, 7 248, 3 600 ADSL portlu yeni elektron ATS-lərin tikintisi nəzərdə tutulub.
Həmçinin Birlik rabitənin, xüsusən də internet xidmətlərinin dayanaqlığını və keyfiyyətini yüksəltmək məqsədilə digər tədbirlər görməyi, optik kabellərin çəkilişini, əlavə avadanlıqların quraşdırılmasını planlaşdırır.
Qeyd edək ki, ümumilikdə 2013-2015-ci illər ərzində Aztelekom İstehsalat Birliyi regionlarda 300 min nömrənin rekonstruksiya edilməsi şərti ilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsini nəzərdə tutur.

Nigar Məmmədli