Azyaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır - Yenilənib

azyasli-5-ci-mertebeden-yixildi-veziyyeti-agirdir
Oxunma sayı: 1356

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü M.Mərciyeva yaşadığı Şərq küçəsi ev 332 mənzil 32-nin eyvanından yıxılıb.

5-ci mərtəbədən yıxılan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 29-u saat 12:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, E.Ağayev 332 ünvanından çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2017-ci il təvəllüdlü (qadın cinsli) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.