Bakının Səbail rayonunda, Badamdar - 20-ci sahə yolunda baş vermiş sürüşmə zonasında aktivlik yaranıb.
Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun sözlərinə görə, sürüşmənin dinamikasında aktivlik davam edir:
“Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbəli rejimdə çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır”.
***
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirlik əməkdaşları hadisə yerindədirlər: “Nazirlik tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik”.
***
Əziz Qaralov Trend-ə açıqlamasında qeyd edib ki, sürüşmənin əhatə dairəsinə düşən ərazinin xəritəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Ə.Qaralovun sözlərinə görə, sürüşmənin əhatə dairəsinə sürüşmə ərazisinin yuxarı qaşında (istinad divarının yuxarı hissəsində) yerləşən 11 fərdi yaşayış evi və 20-ci sahə-Badamdar yolunda yerləşən iki iaşə obyekti düşüb:
“Evlərə və obyektlərə ziyan dəyməsə də, onlar sürüşmənin əhatə dairəsinə düşüblər. Buna görə də həmin tikililər hər zaman sürüşmədən ziyan çəkə bilərlər”.
Son xəbərlər
Son Xəbərlər