Bağ evindən 90 min manat oğurlandı

bag-evinden-90-min-manat-ogurlandi
Oxunma sayı: 2835

Sumqayıtda bağ evindən külli miqdarda pul oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini V. Əliyevə məxsus olan Qurd Dərəsi bağlar massivindəki evdən 90 min manat oğurlanıb.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.