Bakı-Astara yolunda iki yük maşını aşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün Qaradağ rayonu ərazisində baş verib. Hərəkətdə olan iki yük maşını təxminən 100 metrdən az məsafədə ard-arda aşaraq bir neçə metr sürüşüblər və dəmir arakəsmələrə çırpılıblar. Qəza nəticəsində sürücülər xəsarət alıb.
İlkin məlumata görə, yük maşınları burulğana düşərək güclü güləyin təsiri nəticəsində aşıblar. Araşdırma aparılır.



Son xəbərlər
Son Xəbərlər