Bakı Avrasiya Universitetində anım tədbiri keçirildi

baki-avrasiya-universitetinde-anim-tedbiri-kecirildi
Oxunma sayı: 1020

Bu gün Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələri bir daha anılıb və Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi qəhrəmanlıq tariximiz kimi vurğulanıb.

Bakı Avrasiya Universitetinin prorektoru, dosent Səyavuş Qasımov tədbirdə çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə və meydanlarına axışan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Lakin bu faciəli günlər ölkəmizin, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar və bugünkü müstəqil Azərbaycanı bizə nəsib ediblər.

Tədbirin sonunda 20 yanvar şəhidlərinə həsr olunmuş Rafiq Səməndərin “Şəhidlər” kitabı tələbələrə təqdim edilib.