Bakı “İnter”inin futbolçularını daşıyan avtobus yandı - Video

baki-interinin-futbolcularini-dasiyan-avtobus-yandi
Oxunma sayı: 4685

Bakı-Quba yolunda avtomobil yanıb. “Qafqazinfo” xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Klubdan “Qafqazinfo”ya bildiriblər ki, avtobus kluba məxsus deyil: “Avtobus bizə məxsus deyil. Sadəcə bizim rayonlardakı filialın futbolçuları Bakıya oyun üçün gəlirmişlər və bu hadisə baş verib. Hazırda rəhbərlik bu işlə maraqlanır”.