“Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşdi - Fotolar - Yenilənib

baki-marafonu-2026nin-qalibleri-mueyyenlesdi
Oxunma sayı: 1459

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub.

İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il Bakı Marafonu ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

***

“Bu gün mübarizə bir az çətin idi, çünki çox güclü külək şəraitində yarışdıq”.

Bu fikirləri “Bakı Marafonu 2026”nın birincisi Ahmet Alkanoğlu saytımıza açıqlamasında deyib.

O daha əvvəl də yarışı qazanadığını və buna görə də xoşbəxt olduğunu bildirib: “Daha əvvəl Bakıda yarı marafonu qazanmış biri kimi yenidən burada qalib olduğum üçün çox xoşbəxtəm. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Çünki nəticə etibarilə marafon təşkil etmək asan deyil. Fərqli-fərqli kateqoriyalarda yarışlar var idi və bu da marafonun ayrılmaz hissələrindən biridir. Öz məşqçilərimə, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını dalğalandırdığım üçün xoşbəxtəm. Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr əldə edəcəyəm”.