Bakı Medvedyevin məktubunu oxuyur və öyrənir

baki-medvedyevin-mektubunu-oxuyur-ve-oyrenir
Oxunma sayı: 660

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. "Biz Prezident Medvedevin təklifini diqqətlə öyrənirik və onunla tam tanış olduqdan sonra öz cavabımızı təqdim edəcəyik", - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, həmsədr ölkələr artıq anlayırlar ki, regionda yaranan status-kvo əlverişsizdir və Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasının vaxtı çatıb.

Azərbaycanın XİN rəhbəri bir daha Ermənistanı Dağlıq Qarabağ münaqişəsi məsələsində PR-la deyil, bu problemin həlli ilə ciddi məşğul olmağa çağırıb. "İndi münaqişə tərəfləri yenilənmiş Madrid prinsiplərinə əsaslanan sənəd üzərində iş aparırlar və Ermənistan anlamalıdır ki, bu iş emosiyasız davam etdirilməlidir. İlk növbədə, Yerevan ən yaxın vaxtlarda öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır ki, bu da regionda sabitliyin bərqərar olmasına gətirib çıxaracaq. Bu, Ermənistanın özü üçün də əlverişlidir", - o deyib.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

"Məmnuniyyətlə bu təklifləri Sizə təqdim edirəm. Hesab edirəm ki, Siz bu təkliflərlə tanış olduqdan sonra söylənilən ideyalara reaksiya verəcəksiniz", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.