Bakı metrosunda sərnişin öldü - Yenilənib

baki-metrosunda-sernisin-oldu
Oxunma sayı: 6077

Bakı metropolitenində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarda kişi sərnişinin halı qəfil pisləşib. Həmin şəxs “Ulduz” stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında ölüm faktını təsdiqləyib.

Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun məlumatına görə, vəfat edən şəxs Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Kazımov Mahirdir.