Bakı-Qazax yolunda qəza - Ölən var - Video-Yenilənib

baki-qazax-yolunda-qeza
Oxunma sayı: 1367

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Hacıqabulun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” markalı avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabulun Qarasu kəndində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) bu gün saat 16:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1966-cı il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

1961-ci il təvəllüdlü şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə daxil olub. Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və saat 16:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Yunis Quliyev