Bakı-Quba yolunda ağır qəza - Bacı-qardaş öldü

baki-quba-yolunda-agir-qeza
Oxunma sayı: 1018

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.