Bakı-Sumqayıt yolunda ağır qəza, 8 yaralı var - Foto

baki-sumqayit-yolunda-agir-qeza-8-yarali-var
Oxunma sayı: 5637

Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, “Opel” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.